AVRO-2020-nin iştirakçı komandaları iyunun 1-də yekun heyətlərini UEFA-ya təqdim etsə də, bəzi uğursuzluqlar bir neçəsinin planlarına ciddi təsir göstərib.
Apasport.az saytının məlumatına görə, son bir həftə ərzində artıq 6 futbolçu komandasının “26-lığ”ından çıxarılıb.
Onların əksəriyyəti, təbii ki, zədə səbəbindən qitə birinciliyini buraxmalı olacaq. Yasper Sillessen koronavirusa yoluxduğu üçün Avropa çempionatına yollanmayacaqsa, Andrey Kudela irqçi fikirlər səsləndirdiyi üçün UEFA tərəfindən bu günlərdə 10 oyunluq cəzaya məruz qalıb.
Yekun heyətlər açıqlandıqdan sonra iştirak ərizəsindən çıxarılanlar:
1. Stefano Sensi (İtaliya)
2. Yasper Sillessen (Niderland)
3. Andrey Kudela (Çexiya)
4. Trent Aleksander-Arnold (İngiltərə)
5. Martin Olsson (İsveç)
6. Arkadiuş Milik (Polşa)
- Bakıda yanğınsöndürmə və xilasetmə üzrə dünya çempionatının açılış mərasimi keçirilib
- Bakıda yanğınsöndürmə və xilasetmə üzrə dünya çempionatının açılış mərasimi keçirilib
- Azərbaycanlı qardaşlar Antalyada Mental Arifmetika Olimpiadasının qalibi olublar
- Bakıda “Qələbə qaçışı”: Qaliblər müəyyənləşdi
- Bakıda “Qələbə qaçışı” keçiriləcək: Toplanan vəsait “YAŞAT”a veriləcək