AVRO-2020-nin qrup mərhələsi çərçivəsində Bakıda keçiriləcək oyunlara Türkiyədən böyük maraq var.
Apasport.az saytının məlumatına görə, "ay-ulduzlu" komandanın paytaxtımızdakı qarşılaşmasında qonşu ölkədən axın gözlənilir.
Şenol Günəşin kollektivi yer aldığı A qrupunda Bakıda iki oyuna çıxacaq ki, Türkiyədən həmin görüşlərə artıq 30 min bilet alınıb. Qitə birinciliyinin startına hələ bir neçə ay vaxt qaldığından, bu sayın artması gözlənilir. Yerli mətbuat turnir zamanı Türkiyə prezidenti Rəcəp Tayyib Ərdoğan və hökumət nümayəndələrinin də ölkəmizdə olacağını yazıb.
Qeyd edək ki, AVRO-2020-nin açılış oyununu iyunun 12-də Romada İtaliyaya qarşı keçirəcək Türkiyə millisi həmin ayın 17-də Uels, 21-də isə İsveçrə ilə Bakı Olimpiya Stadionunda üz-üzə gələcək.
- “Bakı-Xankəndi” Azərbaycan velosiped yarışının təşkilinə həsr olunmuş iclas keçirilib
- “Azərlotereya” çempion axtarır!
- Azərbaycan millisi Zaqatalada toplanışa start verdi
- "Qarabağ Mechack 9030" komandasından uğurlu nəticələr
- Azərbaycan Kamandan Oxatma Federasiyasında idmançılara yeni idman dərəcələri təqdim edilib