Cüdoçuların dünya reytinqi açıqlanıb.
Apasport.az saytının məlumatına görə, Almada şəhərində keçirilən Portuqaliya Qran-Prisinin nəticələri Azərbaycan cüdoçularının mövqeyinə təsir edib.
Pireneydə yeganə medalımızı qazanan Balabəy Ağayev (60 kq) gümüş mükafat sayəsində 11 pillə irəliləyib. O, 1490 xalla dünyanın 23-cüsüdür.
Ən böyük irəliləyişə Adil Kərimli (100 kq) imza atıb. Almadada bürünc şansını son döyüşdə əldən verən cüdoçumuz 18 pillə irəliləyib. O, 618 xalla 50-cidir.
“Top-10”a isə yalnız 4 idmançımız düşüb. Kəramət Hüseynov (60 kq) bir pillə irəliləyərək 2792 xalla 4-cüdür. Orxan Səfərov (66 kq) isə əksinə, bir addım geriləyib. O, 3280 xalla 6-cıdlr.
“Onluq”dakı digər iki təmsilçimizin mövqeyi dəyişməz qalıb. Məmmədəli Mehdiyev (90 kq) 3572 xalla 6-cı, Zelim Kotsoyev (100 kq) 3082 xalla 9-cudur.
Qeyd edək ki, qadın cüdoçularımızdan ən yaxşı nəticə İrina Kindzerskaya (+78 kq) məxsusdur. O, 2570 xalla 12-ci sırada qərarlaşıb.
- Azərbaycan çempionatının qalibləri müəyyənləşib
- Bakı şəhər kubokunun birinci mərhələsində finalçılar müəyyənləşib
- Qarabağ MechaHack 9030-dan Nümunəvi Missiya: Texnologiya Sərhəd Tanımır
- Kamandan oxatma üzrə Bakı Kubokunun I mərhələsi keçiriləcək
- Azərbaycan İdman Rəqsləri Federasiyasının yeni prezidenti seçilib