“İspaniya və Almaniya öz formasına düşdü. Onların yaxşı oynamayacaqlarını düşünmək axmaqlıq olar. İngiltərədən də ehtiyat etməlisiniz, heyətində son Çempionlar Liqasının altı finalçısı var”.
Apasport.az saytının məlumatına görə, bunu “Real”ın yeni baş məşqçisi Karlo Ançelotti AVRO-2020 ilə bağlı fikir bildirərkən deyib.
Bir neçə komandanı fərqləndirən təcrübəli mütəxəssis finalla bağlı proqnozunu da verib: “İtaliya üçün problem olacaq. 1/4 finalda Belçika və ya Portuqaliya ilə, yarımfinalda Fransa ilə oynamalı olacaq. Digər səbət daha asan olacaq. Niderlandın orada yarımfinala çıxacağına əminəm. Daha əvvəl dediyim kimi, finalda İtaliya ilə İngiltərəni görürəm. Hələlik nəticələr də proqnozumu dəstəkləyir. Ümid edirəm hər şey belə yekunlaşacaq”.
Qeyd edək ki, AVRO-2020-də 1/8 final mərhələsi bu gün start götürüb və hələlik növbəti mərhələyə vəsiqə qazanan yeganə komanda Danimarkadır.
- “İronman 70.3 Baku” öncəsi “İronkids” və “Fun Run” keçirilib
- “IRONMAN” Azərbaycanda: 10 il əvvəl başlayan yolun tarixi startı
- Dünya Kubokunun Yerli Təşkilat Komitəsinin növbəti iclası keçirilib
- Kembric Universitetinin ekspertləri Azərbaycan İdman Akademiyasında təlimlər keçirəcəklər
- “IRONMAN 70.3”: Bakının bəzi yollarında nəqliyyatın hərəkəti tənzimlənəcək