Almaniya millisi AVRO-2020-nin I turunda Fransaya müdafiəçisi Mats Hummelsin öz qapısına vurduğu topla məğlub olub (0:1).
Apasport.az saytının məlumatına görə, ulduz futbolçunun avtoqolu oğlu tərəfindən sevinclə qarşılanıb.
Bunu 33 yaşlı mərkəz müdafiəçisi özü deyib. Hummels bildirib ki, avtoqola imza atdığı an 3 yaşlı oğlu bunu qeyd edib: “Oğlum avtoqolun nə olduğunu hələ bilmir. O, elə bilir ki, topun hər qapıdan keçməsinə sevinmək lazımdır. Mənə dedilər ki, avtoqol vurduğum zaman oğlum bunu sevinclə qarşılayıb. Yəqin bunları ona öyrətməliyəm”.
Qeyd edək ki, yer aldığı F qrupunda xalsız olan Almaniya yığması II tur çərçivəsində iyunun 19-da Portuqaliya ilə qarşılaşacaq.
- Azərbaycan Kamandan Oxatma Federasiyasında idmançılara yeni idman dərəcələri təqdim edilib
- Qaşım Maqomedov: "Bu medal mənim üçün böyük əhəmiyyət kəsb edir"
- Yenilənmiş Olimpiya medalları idmançılarımıza təqdim edilib
- “Azərbaycan Qolf Federasiyası” İctimai Birliyinin yığıncağı keçirilib
- Velosipedçilərimiz beynəlxalq “Tour of Mersin” yarışına qatılıblar