Estoniyanın paytaxtı Tallinndə kiçikyaşı yeniyetmələr, yeniyetmə və 21 yaşlı taekvondoçular arasında təşkil olunan qitə birinciliyi başa çatıb.
Taekvondo Federasiyasından apasport.az saytına verilən məlumata görə, Azərbaycan komandası yarışı 1 qızıl, 4 gümüş və 2 bürünc medalla başa vurub.
Yeniyetmələr arasında Məhəmməd Həsənli (37 kq) qızıl, Hüseyn Xudiyev (65 kq), Vasif Səlimov (45 kq), İslam Əhmədzadə (53 kq), Nərgiz Kazımova (47 kq) gümüş, Zəhra İsayeva (29 kq) və İlyas Hətəmli (33 kq) bürünc medala sahib olublar.
Kiçikyaşlı yeniyetmələrdən isə Çingiz Həsənov (36 kq) birinci, Sabir Məmmədli isə gümüş medala layiq görülüb.
Qeyd edək ki, yarışları idarə edən hakimlər arasında beynəlxalq dərəcəli hakimimiz Aygül Abdullayeva ölkəmizi layiqincə təmsil edib.
Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayevin rəhbərliyi ilə Avropa birinciliyində iştirak edən komandamız avqustun 28-də Vətənə dönəcək.
- Velosipedçilərimiz beynəlxalq “Tour of Mersin” yarışına qatılıblar
- Azərbaycan çempionatının qalibləri müəyyənləşib
- Bakı şəhər kubokunun birinci mərhələsində finalçılar müəyyənləşib
- Qarabağ MechaHack 9030-dan Nümunəvi Missiya: Texnologiya Sərhəd Tanımır
- Kamandan oxatma üzrə Bakı Kubokunun I mərhələsi keçiriləcək