Xorvatiyanın Poreç şəhərində 22 yaşadək oğlan boksçular arasında Avropa çempionatında 1/8 final döyüşləri başa çatıb.
Apasport.az saytının məlumatına görə, bu mərhələnin yekununa əsasən Azərbaycan millisinin üzvləri - Ruslan Qədirov (54 kq) və Maqsud Xasmetovun (57 kq) rəqibləri dəqiqləşib.
1/8 finalda Başkim Bayokunu (Kosovo) 5:0 hesabı ilə məğlub edən Marian Çinio (Rumıniya) mərhələ adladığından ilk döyüşdən azad olan Qədirovla qarşılaşacaq.
Xasmetov isə 1/4 finalda Taha Akkoyunla (Türkiyə) gücünü yoxlayacaq. Qardaş ölkə təmsilçisi Matteu Teylora (İrlandiya) 5:0 hesabı ilə qalib gəldiyindən boksçumuza rəqib olub.
Hər 2 görüş martın 19-da baş tutacaq.
Həmin gün yığmamızın digər üzvləri Nicat Hüseynov (51 kq), Cəlal Qurbanov (63,5) və Nəbi İsgəndərov (67 kq) da yarımfinal üçün mübarizə aparacaq. Boksçularımız müvafiq olaraq, Antonio Payva (İrlandiya), İqor Kovtun (Ukrayna) və Hüqo Qrau (Fransa) üz-üzə gələcək.
Qeyd edək ki, Avropa çempionatında qaliblərinin adları martın 23-də bəlli olacaq.
- Azərbaycan İdman Rəqsləri Federasiyasının yeni prezidenti seçilib
- Yevlax 2027-ci il üçün Azərbaycanın "İdman Paytaxtı" seçilib
- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib
- Azərbaycan Milli Olimpiya Komitəsində Təhlükəsiz İdman Komissiyası təsis edilib
- Parapauerliftinqçilərimiz Avropa Açıq çempionatında 12 medal qazanıb