Xorvatiyanın Poreç şəhərində 22 yaşadək boksçular arasında Avropa çempionatında 1/4 final mərhələsinin görüşləri davam edir.
Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin bu mərhələdə mübarizə aparan daha bir boksçusu yarımfinalda iştirakını rəsmiləşdirib.
Nicat Hüseynov (51 kq), Ruslan Qədirov (54 kq) və Cəlal Qurbanovun (63,5) ardınca Nəbi İsgəndərov (67 kq) da çıxışını qələbə ilə bitirib. Əvvəlki mərhələlərdə Luka Nikabadze (Gürcüstan) və Alen Ahmetoviçi (Xorvatiya) məğlub edən boksçumuz Hüqo Qraudan (Fransa) da güclü olub. İsgəndərov görüşü vaxtından əvvəl hesabına yazaraq, tam üstünlüklə qalib gəlib.
Bununla da özü üçün artıq bürünc medalı təmin edən Nəbi sabah keçiriləcək yarımfinalda Danimarkanı təmsil edən Nikolay Tərtəryanla üz-üzə gələcək.
Digər boksçumuz Maqsud Xasmetov (57 kq) isə Taha Akkoyunla (Türkiyə) qarşılaşıb və rəqib mərhələ adlayıb.
- Kamandan oxatma üzrə Bakı çempionatı keçiriləcək
- Üç azərbaycanlı atlet “Alufar IRONMAN 70.3 Baku” triatlon yarışının qalibi olub
- Xorvatiyalı triatlonçu: “Bu, inanılmaz emosiyadır”
- “IRONMAN 70.3 Baku”: Finişə ilk çatan idmançı müəyyənləşib - FOTO
- Bakıda keçirilən “IRONMAN 70.3” triatlon yarışına start verilib