Noyabrın 5-də Macarıstanın paytaxtı Budapeştdə 23 yaşadək cüdoçular arasında start götürəcək Avropa çempionatında Azərbaycan komandası 8 idmançı ilə təmsil olunacaq.
Apasport.az saytının məlumatına görə, mötəbər turnirdə kişilər arasında Elçin Hüseynov (66 kq), Zelim Tckayev, Məhərrəm İmamverdiyev (81 kq), İmran Yusifov (+100 kq) mübarizə aparacaqlar.
Qadınların yarışında isə təmsilçilərimiz Aydan Vəliyeva, Ramilə Əliyeva (48 kq), Səbinə Əliyeva (52 kq) və Nərgiz Hacıyeva (63 kq) bacarıqlarını nümayiş etdirəcəklər.
Qeyd edək ki, noyabrın 7-dək davam edəcək yarışda 38 ölkədən 307 (175 kişi, 132 qadın) cüdoçu mübarizə aparacaq.
- “İronman 70.3 Baku” öncəsi “İronkids” və “Fun Run” keçirilib
- “IRONMAN” Azərbaycanda: 10 il əvvəl başlayan yolun tarixi startı
- Dünya Kubokunun Yerli Təşkilat Komitəsinin növbəti iclası keçirilib
- Kembric Universitetinin ekspertləri Azərbaycan İdman Akademiyasında təlimlər keçirəcəklər
- “IRONMAN 70.3”: Bakının bəzi yollarında nəqliyyatın hərəkəti tənzimlənəcək