Avropa çempionatında daha 2 medal
10.03.2022 - 21:27
Bolqarıstanın Plovdiv şəhərində 23 yaşadək güləşçilərin Avropa çempionatı davam edir.
Apasport.az saytının məlumatına görə, yarışın dördüncü günündə Azərbaycan millisi aktivinə daha 2 medal əlavə edib.
Elnurə Məmmədova (55 kq) finalda rumıniyalı Andrea Beatriçe Ana ilə üz-üzə gəlib. Bu görüşdə güclü rəqibiylə bacarmayan güləşçimiz gümüş medalı boynundan asıb.
Nigar Mirzəzadə (68 kq) isə bürünc medal uğrunda qarşılaşmada ispan Marta Navarroyla mübarizə aparıb və rəqibini 6:3 hesabıyla məğlub edərək Avropa çempionatının bürünc medalına sahib çıxıb.
- Kamandan oxatma üzrə Bakı çempionatı keçiriləcək
- Üç azərbaycanlı atlet “Alufar IRONMAN 70.3 Baku” triatlon yarışının qalibi olub
- Xorvatiyalı triatlonçu: “Bu, inanılmaz emosiyadır”
- “IRONMAN 70.3 Baku”: Finişə ilk çatan idmançı müəyyənləşib - FOTO
- Bakıda keçirilən “IRONMAN 70.3” triatlon yarışına start verilib
0
0