Avropanın 11 şəhərində keçirilən AVRO-2020-nin ən erkən qolunun müəllifi hələlik Yussuf Poulsendir.
Apasport.az saytının məlumatına görə, danimarkalı futbolçu Belçikaya qarşı dünən keçirilən qrup mərhələsinin II tur matçının 2-ci dəqiqəsində hesabı açıb.
Ancaq bu, Poulsenin Avropa çempionatları tarixinin ən erkən qolunun müəllifi kimi tarixə düşməsi üçün yetərli olmayıb. Bəs indiyə qədər baş tutan qitə birinciliklərinin ən erkən 5 topuna kimlər imza atıb?
1. Dmitri Kiriçenko (Rusiya) – 65 saniyə
AVRO-2004. Rusiya – Yunanıstan – 2:1

2. Yussuf Poulsen (Danimarka) – 99 saniyə
AVRO-2020. Danimarka – Belçika – 1:2

3. Robert Levandovski (Polşa) – 100 saniyə
AVRO-2016. Polşa – Portuqaliya – 1:1

4. Robbi Bredi (İrlandiya) – 119 saniyə
AVRO-2016. İrlandiya – Fransa – 1:2

5. Sergey Aleynikov (SSRİ) – 128 saniyə
AVRO-1988. SSRİ – İngiltərə - 3:1

- Azərbaycan Kamandan Oxatma Federasiyasında idmançılara yeni idman dərəcələri təqdim edilib
- Qaşım Maqomedov: "Bu medal mənim üçün böyük əhəmiyyət kəsb edir"
- Yenilənmiş Olimpiya medalları idmançılarımıza təqdim edilib
- “Azərbaycan Qolf Federasiyası” İctimai Birliyinin yığıncağı keçirilib
- Velosipedçilərimiz beynəlxalq “Tour of Mersin” yarışına qatılıblar