Avropa kubokunda 2 medal
18.10.2021 - 09:27
Oktyabrın 16-da Xorvatiyanın Dubrovnik şəhərində start götürmüş cüdo üzrə Avropa kuboku yarışı başa çatıb.
Apasport.az saytının məlumatına görə, Azərbaycan cüdoçuları mötəbər yarışda əzmlə mübarizə apararaq 2 medala sahib olublar.
İdmançılarımızdan 90 kiloqram çəki dərəcəsində çıxış edən Rüfət İsmayılov yalnız həlledici final görüşündə məğlub olub və nüfuzlu turnirin gümüş medalına sahib çıxıb. Məhərrəm İmamverdiyev (81 kq) isə yarışı üçüncü pillədə başa vurub.
Qeyd edək ki, Azərbaycanın 11 idmançı ilə qatıldığı mötəbər yarışda 26 ölkədən 300-ə yaxın cüdoçu mübarizə aparıb.
- Bakıda yanğınsöndürmə və xilasetmə üzrə dünya çempionatının açılış mərasimi keçirilib
- Bakıda yanğınsöndürmə və xilasetmə üzrə dünya çempionatının açılış mərasimi keçirilib
- Azərbaycanlı qardaşlar Antalyada Mental Arifmetika Olimpiadasının qalibi olublar
- Bakıda “Qələbə qaçışı”: Qaliblər müəyyənləşdi
- Bakıda “Qələbə qaçışı” keçiriləcək: Toplanan vəsait “YAŞAT”a veriləcək
0
0