Azərbaycan Avropa çempionatında Top-8-də
22.03.2022 - 13:11
Azərbaycan Avropa çempionatında Top-8-də

Xorvatiyanın Poreç şəhərində 22 yaşadək boksçular arasında Avropa çempionatı davam edir. 

Boks Federasiyasından apasport.az saytına verilən məlumata görə, martın 13-də start götürən yarışda oğlan idmançılar arasında yarımfinal döyüşlərinin yekununa əsasən finalda təmsil olunacaq ölkələrin siyahısı açıqlanıb. 

Avropa çempionatında 13 çəkidən 7-də mübarizə aparan millimizin 2 boksçusu həlledici döyüşdə iştirak hüququ qazanıb. Yığmamız bu nəticə ilə 39 ölkə arasında finalda ən çox təmsilçisi olacaq 8 komandadan biridir. 

Ümumilikdə isə cəmi 15 ölkənin boksçusu çempionluq üçün döyüşəcək. Bu siyahıda 3-8-ci yerləri bölüşən Azərbaycanı yalnız Ukrayna və İtaliya qabaqlayır. 

Qeyd edək ki, Poreçdə keçirilən Avropa çempionatında final qarşılaşmaları martın 23-də olacaq. Həmin gün Nicat Hüseynov (51 kq) gürcüstanlı Lekso Xasaya ilə, Ruslan Qədirov (54 kq) türkiyəli Samet Gümüşlə döyüşəcək.

Avropa çempionatı, U-22
Finalda təmsil olunacaq ölkələrin siyahısı

1. Ukrayna – 4 boksçu
2. İtaliya – 3
3-8. Azərbaycan - 2
Gürcüstan - 2
Türkiyə - 2
Bolqarıstan - 2
Uels - 2
Ermənistan – 2
9-15. Danimarka - 1
Xorvatiya - 1
İsrail - 1
Almaniya - 1
Avstriya – 1
Niderland – 1
İrlandiya - 1