"Xocalı İdman Klubu"nun yeniyetmə cüdoçularına cüdoqilər təqdim olunub.
Apasport.az saytının məlumatına görə, Azərbaycan Cüdo Federasiyasının (ACF) qarşısında duran prioritet məsələlərdən biri də regionlarda, müxtəlif idman cəmiyyətlərində, klublarda bu növün kütləviliyi və inkişaf etdirilməsidir.
Federasiyanın dəstəyi ilə bir neçə bölgədə cüdo zalları yaradılıb, standartlara cavab verən tatamilər düzülüb, yeniyetmələrə kimanolar verilib, yerli mütəxəssislər və məşqçilər işlə təmin olunublar. Artıq respublikamızın bütün regionlarında cüdo üzrə zona birincilikləri keçirilib, perspektivli yeniyetmələr ölkə çempionatlarında mübarizə aparıblar.
Azərbaycan Cüdo Federasiyası tərəfindən bu dəfə "Xocalı İdman Klubu"nun yeniyetmə cüdoçularına kimanolar təqdim olunub və onlara gələcək yarışlarda uğurlar arzulanıb. "Xocalı İdman Klubu"nun direktoru Ehram Məcidov, baş məşqçi Vüsal Tanrıverdiyev, mütəxəssislər göstərilən diqqət və dəstəyə görə Azərbaycan Cüdo Federasiyasının rəhbərliyinə təşəkkürlərini bildiriblər.
- “İronman 70.3 Baku” öncəsi “İronkids” və “Fun Run” keçirilib
- “IRONMAN” Azərbaycanda: 10 il əvvəl başlayan yolun tarixi startı
- Dünya Kubokunun Yerli Təşkilat Komitəsinin növbəti iclası keçirilib
- Kembric Universitetinin ekspertləri Azərbaycan İdman Akademiyasında təlimlər keçirəcəklər
- “IRONMAN 70.3”: Bakının bəzi yollarında nəqliyyatın hərəkəti tənzimlənəcək