Azərbaycan Cüdo Federasiyasında yeni təyinat
23.11.2021 - 09:28
Azərbaycan Cüdo Federasiyasının İcraiyyə Komitəsi tərəfindən Rəşad Rəsullu qurumun baş katibi təyin edilib.
Apasport.az saytının məlumatına görə, yeni baş katib Azərbaycan Dövlət İqtisad Universitetində beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə bakalavr və magistr təhsili alıb.
Əmək fəaliyyətinə Azərbaycan Respublikası Mərkəzi Bankında başlayan Rəşad Rəsullu karyerası dövründə ölkə daxilində və xaricində aparıcı qurumlarda aparıcı və rəhbər vəzifələrdə çalışıb, idarəetmə sahəsində böyük təcrübəyə malikdir.
Qeyd edək ki, daha öncə Elmar Babanlı bu vəzifədə çalışıb.
- “İronman 70.3 Baku” öncəsi “İronkids” və “Fun Run” keçirilib
- “IRONMAN” Azərbaycanda: 10 il əvvəl başlayan yolun tarixi startı
- Dünya Kubokunun Yerli Təşkilat Komitəsinin növbəti iclası keçirilib
- Kembric Universitetinin ekspertləri Azərbaycan İdman Akademiyasında təlimlər keçirəcəklər
- “IRONMAN 70.3”: Bakının bəzi yollarında nəqliyyatın hərəkəti tənzimlənəcək
0
0