Qətərin paytaxtı Dohada keçirilən I Dünya Çimərlik Oyunları davam edir.
APA-nın məlumatına görə, üçüncü yarış günündə Azərbaycan yığması 1 gümüş və 1 bürünc medal əldə edib.
Qadınlar arasında akvation idman növündə fərdi çıxış edən çıxış edən Kseniya Levkovska 30:03 nəticə ilə ikinci yeri tutub. Bu yarışda ən yaxşı nəticəni ispaniyalı Tous Françiska (29:38) əldə edib. Bürünc medala isə Rumıniyanı təmsil edən Manac Antoanela (30:17) yiyələnib.
Eyni idman növündə kişilər arasında çıxış edən Rostislav Pevtsov bürünc medalı 26:43 nəticə ilə əldə edib. Həmin yarışda qızıl medalı ispaniyalı Vinuela Kevin(26:22), gümüş medalı isə Macarıstan təmsilçisi Devay Mark (26:29) qazanıb.
- “Bakı-Xankəndi” Azərbaycan velosiped yarışının təşkilinə həsr olunmuş iclas keçirilib
- “Azərlotereya” çempion axtarır!
- Azərbaycan millisi Zaqatalada toplanışa start verdi
- "Qarabağ Mechack 9030" komandasından uğurlu nəticələr
- Azərbaycan Kamandan Oxatma Federasiyasında idmançılara yeni idman dərəcələri təqdim edilib