Sentyabrda 6-8-də Tokioda Karate1 Premyer Liqa turniri keçiriləcək.
Milli Karate Federasiyasından APA-ya verilən məlumata görə, yarışda Azərbaycan milli komandası da iştirak edəcək.
Məşqçilər heyəti Premyer Liqanın Yaponiya mərhələsində 9 kişi və 1 qadın idmançının mübarizə aparmasını məqbul sayıb. Firdovsi Fərzəliyev (60 kq), Rafiz Həsənov və Hümmət Baxşəliyev (hər ikisi 67 kq), Rafael Ağayev (75 kq), Ayxan Mamayev, Pənah Abdullayev və Turqut Həsənov (hər ikisi 84 kq), Asiman Qurbanlı (+84 kq), eləcə də İrina Zaretska (68 kq) kumitedə, Roman Heydərov isə kata yarışlarında çıxış edəcək.
Dünya Karate Federasiyasının (WKF) Karate1 Seriyasından Premyer Liqa turnirlərinin 5-ci mərhələsində 79 ölkədən 649 idmançı mübarizə aparacaq. Mövsümün sonunacan Liqanın Moskva (4-6 oktyabr) və Madrid (29 noyabr - 1 dekabr) mərhələləri var. Yarışda hər qələbəyə və medal əyarına görə həm beynəlxalq, həm də Olimpiya reytinq xalları hesablanır.
- “Bakı-Xankəndi” Azərbaycan velosiped yarışının təşkilinə həsr olunmuş iclas keçirilib
- “Azərlotereya” çempion axtarır!
- Azərbaycan millisi Zaqatalada toplanışa start verdi
- "Qarabağ Mechack 9030" komandasından uğurlu nəticələr
- Azərbaycan Kamandan Oxatma Federasiyasında idmançılara yeni idman dərəcələri təqdim edilib