Azərbaycan milli komandasının Avro-2020-nin seçmə mərhələsindəki son ev oyununun biletləri satışa çıxarılıb.
APA-nın məlumatına görə, bilet satışına noyabrın 16-da keçiriləcək Uels yığması ilə görüşdən 15 gün öncə start verilib.
“Bakcell Arena”da keçirəcək oyunu izləmək istəyən azarkeşlər biletləri 11 satış məntəqəsindən əldə edə bilərlər. Bilet satışı ASAN 1, ASAN 2, ASAN 3, ASAN 4, ASAN Sumqayıt, 28 Mall, Gənclik Mall, Heydər Əliyev Sarayı, həmçinin Hökümət evinin arxası, Azərbaycan kinoteatrının yaxınlığı və “Kontinental”dakı köşklərdə təşkil olunub.
Biletlərin qiyməti kateqoriyasından asılı olaraq 2-5 manatdır. Oyunu VİP yerlərdən izləmək istəyənlər isə 20 manat ödəməlidir.
- “IRONMAN 70.3”: Bakının bəzi yollarında nəqliyyatın hərəkəti tənzimlənəcək
- Bakıda keçiriləcək "Alufar IRONMAN 70.3" triatlon yarışı çərçivəsində tədbirlərə start verilib
- Bakıda 18 yaşdan 80 yaşadək triatlonçular mübarizə aparacaq
- Yubiley Formula 1 Azərbaycan Qran-Prisi üçün yeni tribuna quraşdırılıb
- Azərbaycan kikboksçusu 2 il müddətinə diskvalifikasiya olunub