Yeniyetmə boksçular arasında ölkə birinciliyinə start verilib.
Azərbaycan Boks Federasiyasından (ABF) apasport.az saytına verilən məlumata görə, ABF-in və Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Bakı Boks Mərkəzində təşkil olunan yarışın ilk günündə 60 döyüş baş tutub.
48 kq, 50 kq, 52 kq, 54 kq, 57 kq, 60 kq və 80 kq çəki dərəcəsində mübarizə aparan boksçular ilk görüşlərini keçiriblər.
Birinciliyin ikinci günündə 7 çəki dərəcəsində 56 görüş olacaq. Döyüşlər saat 13:00-da başlanacaq.
Qeyd edək ki, yarışa martın 14-də yekun vurulacaq. Birinciliyə respublikanın müxtəlif şəhər və rayonlarının klublarını, həmçinin idman cəmiyyətlərini təmsil edən 63 komandanın 327 boksçusu qatılıb. Onlar 14 çəki dərəcəsi üzrə mükafatçıları müəyyənləşəcəklər.
- Kamandan oxatma üzrə Bakı çempionatı keçiriləcək
- Üç azərbaycanlı atlet “Alufar IRONMAN 70.3 Baku” triatlon yarışının qalibi olub
- Xorvatiyalı triatlonçu: “Bu, inanılmaz emosiyadır”
- “IRONMAN 70.3 Baku”: Finişə ilk çatan idmançı müəyyənləşib - FOTO
- Bakıda keçirilən “IRONMAN 70.3” triatlon yarışına start verilib