Bolqarıstanın paytaxtı Sofiyada gənc boksçular arasında Avropa çempionatına start verilib.
APA-nın məlumatına görə, ilk yarış günündə Azərbaycan millisinin 4 üzvü rinqə çıxıb.
Komandamızın heyətində Rəşid Həsənov qitə birinciliyinə qələbə ilə başlayıb. 64 kq çəkidə qüvvəsini sınayan boksçu Simon Vollmerlə (Almaniya) döyüşdən qalib ayrılıb – 4:1 (29:28, 30:27, 29:28, 27:30, 29:28). O, 1/8 finalda ilk mərhələdən azad olan isveçli Hampus Bromanla üz-üzə gələcək. Bu qarşılaşma sentyabrın 8-də baş tutacaq.
R.Həsənovdan fərqli, Maqsud Xasmetov (52 kq) türkiyəli Samet Gümüşə, Eldar Babayev (60 kq) irlandiyalı Killian Kartiyə və Səlim Səlimov (69 kq) uelsli Qaran Qrofta məğlub olub.
Qeyd edək ki, bu gün mübarizəyə daha 4 boksçumuz qoşulacaq. İqor Platov (75 kq) Valeri Razmeritanı (Moldova), Ruslan Qədirov (49 kq) Uiliam Hevitti (İngiltərə), Murad Allahverdiyev (81 kq) Stoil Stanoyevu (Belarus) və Fuad Cəfərov (+91 kq) Viçenzo Fiasçettini (İtaliya) sınağa çəkəcək.
- “Bakı-Xankəndi” Azərbaycan velosiped yarışının təşkilinə həsr olunmuş iclas keçirilib
- “Azərlotereya” çempion axtarır!
- Azərbaycan millisi Zaqatalada toplanışa start verdi
- "Qarabağ Mechack 9030" komandasından uğurlu nəticələr
- Azərbaycan Kamandan Oxatma Federasiyasında idmançılara yeni idman dərəcələri təqdim edilib