Azərbaycan Şahmat Federasiyasının (AŞF) təsdiqlədiyi plana əsasən kişi şahmatçılardan ibarət ölkə çempionatının tarixi məlum olub.
AŞF-nin mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, kişi şahmatçılar arasında Azərbaycan çempionatı fevralın 5-də Naxçıvanda start götürəcək.
İlin ilk şahmat yarışının Naxçıvan Şahmat Federasiyasının dəstəyi ilə Naxçıvan Muxtar Respublikasında keçirilməsində əsas məqsəd şahmatda daha böyük kütləviliyə nail olmaq, eyni zamanda Muxtar Respublikada şahmata olan marağı artırmaqdır.
40 şahmatçının iştirakı ilə baş tutacaq Azərbaycan çempionatı 2 mərhələdə keçiriləcək. I mərhələ İsveçrə sistemi üzrə 9 turdan ibarət olacaq. İlkin mərhələnin nəticəsinə əsasən 1-4-cü yerləri tutan şahmatçılar II mərhələdə pley-off sistemi üzrə yarımfinal və finalda çempionu müəyyən edəcəklər.
Azərbaycan Şahmat Federasiyası ölkə çempionatında rəqabəti yüksəltmək məqsədi ilə mükafat fondunu artırmaq barədə qərar qəbul edib. İlk dəfə olaraq Azərbaycan çempionatının ümumi mükafat fondu 22 000 manat təşkil edəcək.
- Bakıda keçirilən “IRONMAN 70.3” triatlon yarışına start verilib
- “İronman 70.3 Baku” öncəsi “İronkids” və “Fun Run” keçirilib
- “IRONMAN” Azərbaycanda: 10 il əvvəl başlayan yolun tarixi startı
- Dünya Kubokunun Yerli Təşkilat Komitəsinin növbəti iclası keçirilib
- Kembric Universitetinin ekspertləri Azərbaycan İdman Akademiyasında təlimlər keçirəcəklər