Azərbaycan Şahmat Federasiyasının (AŞF) mənzil qərargahında qadınlar arasında ölkə çempionatının seçmə turnirinə start verilib.
AŞF-dən apasport.az saytına verilən məlumata görə, 20 zəka sahibinin birincilik uğurunda mübarizə apardığı yarışda artıq 2-ci turun oyunları başa çatıb.
2 turdan sonra 3 şahmatçı - Ləman Hacıyeva, Səbinə Rzalı və Xatun Bağırova 2 xal toplayaraq ilk üçlükdə qərarlaşıb. Lalə Hüseynova, Mələk İsmayıl və Nərmin Nəsibova isə liderlərdən yarım xal az toplayaraq 4-6-cı yerləri bölüşürlər.
İsveçrə sistemi üzrə keçirilən çempionat 7 turdan ibarət olacaq. Turnirin son turu aprelin 9-da baş tutacaq.
Seçmə turnirin reqlamentinə əsasən I yeri tutan şahmatçı qadınlar arasında Azərbaycan çempionatının final mərhələsinə vəsiqə qazanacaq.
- Kamandan oxatma üzrə Bakı çempionatı keçiriləcək
- Üç azərbaycanlı atlet “Alufar IRONMAN 70.3 Baku” triatlon yarışının qalibi olub
- Xorvatiyalı triatlonçu: “Bu, inanılmaz emosiyadır”
- “IRONMAN 70.3 Baku”: Finişə ilk çatan idmançı müəyyənləşib - FOTO
- Bakıda keçirilən “IRONMAN 70.3” triatlon yarışına start verilib