Badminton üzrə Azərbaycan çempionatına start verilib.
Apasport.az saytının məlumatına görə, 4 gün davam edəcək yarışda mübarizəyə 5 kateqoriya üzrə 38 qadın və 58 kişi idmançı qatılıb.
Çempionatın açılış mərasimi idmançıların paradı ilə başlayıb. Dövlət himninin səslənməsindən sonra çıxış edən turnirin baş hakimi Ceyhun Məmmədəliyev, 1 saylı idman liseyinin direktoru Əli Əliyev və Azərbaycan Badminton Federasiyasının baş katibi Nəsimi Musayev yarış iştirakçılarına uğurlar arzulayıblar.
Tunridə Bakı ilə yanaşı, Gəncə, Quba, Qusar və Lənkərandan olan badmintonçular qalib və mükafatçıları müəyyənləşdirəcəklər. İlk dəfə yarışda bölgələrdən rekord sayda - 30 idmançı Azərbaycan çempionatında iştirak edir. Yarış noyabrın 23-də başa çatacaq.
- Kembric Universitetinin ekspertləri Azərbaycan İdman Akademiyasında təlimlər keçirəcəklər
- “IRONMAN 70.3”: Bakının bəzi yollarında nəqliyyatın hərəkəti tənzimlənəcək
- Bakıda keçiriləcək "Alufar IRONMAN 70.3" triatlon yarışı çərçivəsində tədbirlərə start verilib
- Bakıda 18 yaşdan 80 yaşadək triatlonçular mübarizə aparacaq
- Yubiley Formula 1 Azərbaycan Qran-Prisi üçün yeni tribuna quraşdırılıb