Kişi və qadınlar arasında Azərbaycanda keçirilən idman gimnastikası üzrə dünya kuboku davam edir.
Apasport.az saytı xəbər verir ki, bu gün yarışların final mərhələsi baş tutub.
Final proqramında kişilər arasında paralel qollar və halqalar, qadınlar arasında isə dayaqlı tullanma və müxtəlif hündürlüklü qollar üzrə qaliblər müəyyənləşib. Təmsilçimiz Nikita Simonov halqalar üzərində hərəkətlərdə uğurla çıxış edərək komandamıza bürünc medal qazandırıb.
Yarışda kişi və qadınlar arasında bu il keçirilən 4 dünya kubokunda göstərilən üç ən yaxşı nəticənin yekununa əsasən idmançılara ayrı-ayrı alətlər üzrə FIG kuboku təqdim edilib.
Eləcə də ən yüksək icra xalı toplamış gimnastlar “AGF Trophy” kuboku ilə təltif olunublar.
- Kamandan oxatma üzrə Bakı çempionatı keçiriləcək
- Üç azərbaycanlı atlet “Alufar IRONMAN 70.3 Baku” triatlon yarışının qalibi olub
- Xorvatiyalı triatlonçu: “Bu, inanılmaz emosiyadır”
- “IRONMAN 70.3 Baku”: Finişə ilk çatan idmançı müəyyənləşib - FOTO
- Bakıda keçirilən “IRONMAN 70.3” triatlon yarışına start verilib