Gənc boksçulardan ibarət Azərbaycan millisi Türkiyənin Ərzurum şəhərində təlim-məşq toplanışını davam etdirir.
Apasport.az saytının məlumatına görə, baş məşqçi Elbrus Rzayevin rəhbərliyi altında keçirilən hazırlıqda əsas diqqət taktiki və fərdi çalışmalara yönəlib.
Avropa birinciliyi öncəsi toplanışın son mərhələsi aprelin 10-dək davam edəcək. Gündə 2 dəfə məşq edən komanda birgə hazırlaşdığı Türkiyə və Əlcəzair milliləri ilə sınaq döyüşləri də keçirir. Bu da boksçuların hansı formada olması və üzə çıxacaq səhvlərin aradan qaldırılmasına hesablanıb.
Qeyd edək ki, yığma aprelin 11-də Türkiyədən Avropa birinciliyinin təşkil olunacağı Bolqarıstanın paytaxtı Sofiyaya yola düşəcək. Komandamız aprelin 13-22-də baş tutacaq yarışda tam heyətlə çıxış edəcək.
- Kamandan oxatma üzrə Bakı çempionatı keçiriləcək
- Üç azərbaycanlı atlet “Alufar IRONMAN 70.3 Baku” triatlon yarışının qalibi olub
- Xorvatiyalı triatlonçu: “Bu, inanılmaz emosiyadır”
- “IRONMAN 70.3 Baku”: Finişə ilk çatan idmançı müəyyənləşib - FOTO
- Bakıda keçirilən “IRONMAN 70.3” triatlon yarışına start verilib