Bu gün Türkiyə Böyük Millət Məclisinin (TBMM) növbəti iclası keçirilib.
APA-nın yerli bürosunun xəbərinə görə, parlamentin iclasında Azərbaycana hərbi qüvvələrin göndərilməsini dəstəkləyən sənəd TBMM-də səslənib.
Sənədin ikinci oxunuşundan sonra, mövzu ilə bağlı 8 millət vəkili çıxış edib.
TBMM-nin Ədalət və İnkişaf Partiyası (AKP), Miliyyətçi Hərakat Partiyası (MHP), Cümhuriyyət Xalq Partiyası (CHP) və İyi Partiya nümayəndələri qanun layihəsinin lehinə məruzə ediblər.
Çıxışlarda Azərbaycanın müzəffər ordusunun qələbəsindən, hakimiyyət, xalq və ordu birliyindən qürurla bəhs olunub.
Xalqların Demokrat Partiyasının (HDP) nümayəndəsi isə sənədin əleyhinə çıxış edib.
Müzakirələrdən sonra səsvermə keçirilib və layihə qəbul edilib.
Qeyd edək ki, qanun layihəsi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın imzası ilə noyabrın 16-da TBMM-ə təqdim edilib. Qanuna görə, Türkiyə hərbçiləri 1 il müddətinə Dağlıq Qarabağdakı Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzində fəaliyyət göstərəcəklər.
- “İronman 70.3 Baku” öncəsi “İronkids” və “Fun Run” keçirilib
- “IRONMAN” Azərbaycanda: 10 il əvvəl başlayan yolun tarixi startı
- Dünya Kubokunun Yerli Təşkilat Komitəsinin növbəti iclası keçirilib
- Kembric Universitetinin ekspertləri Azərbaycan İdman Akademiyasında təlimlər keçirəcəklər
- “IRONMAN 70.3”: Bakının bəzi yollarında nəqliyyatın hərəkəti tənzimlənəcək