Bakı Şəhər Halqası mövsümün ən parlaq vizuallarını təqdim etdi
19.04.2022 - 17:21
Bakı Şəhər Halqası mövsümün ən parlaq vizuallarını təqdim etdi

İyun 10-12-da keçiriləcək “Formula-1” 2022 Azərbaycan Qran-prisi bu il həm trekdə, həm də tribunada öz azarkeşlərinə unudulmaz həyəcan yaşadacaq.

Apasport.az saytının məlumatına görə, iki il davam edən pandemiya səbəbindən 2020-ci ildə təxirə salınmış, növbəti il isə tamaşaçısız keçirilən “Formula-1” yarışları bu mövsüm yenidən öz tamaşaçıları ilə görüşəcək. 

Bu səbəbdən sayca altıncı olan yarışın builki şüarı “F1 qayıdır: trekə və  tribunaya!” olaraq müəyyənləşdirilib. 

10 iyundan etibarən 3 gün ərzində “Formula-1” pilotları paytaxt küçələrini möhtəşəm rəqabət və inanılmaz sürətlə ram edəcəklər. 

Bu arada Bakı Şəhər Halqası “Formula-1” Azərbaycan Qran-prisi mövsümün ən parlaq vizuallarını təqdim edib. Bu, ilk dəfə Azərbaycanın üç rəngli bayrağının rəngləri ilə, daha vətənpərvər ruhda simvolizə edilib. 

0