Bakıda cəmi 1 dəfə olan olimpiyaçımız: “Heç vaxt qarşıma vəzifə qoyulmur”
30.01.2022 - 10:18
Bakıda cəmi 1 dəfə olan olimpiyaçımız: “Heç vaxt qarşıma vəzifə qoyulmur”

“Təəssüf ki, Bakıda yalnız bir dəfə olmuşam. Bir neçə il əvvəl ad günümdə sənədlərin qeydiyyatı üçün getmişdik”.

Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan fiqurlu konkisürəni Yekaterina Ryabova deyib.

Pekin-2022-də ölkəmizi təmsil edəcək idmançı Bakıya yeganə səfərindən danışıb: “Ailəmlə birlikdə cəmi 12 saatlıq səfər etmişdik. Heç yerə gedib baxa da bilmədik. Yalnız şəhərin gözəl küçələrini keçərkən gördük. 18 yaşımı qeyd edəndə Bakıya məzuniyyətdə getmək istəyirdim. Amma koronavirus üzündən ideyamdan imtina etdim. Ümid edirəm ki, nə vaxtsa pandemiya qorxusu olmadan ölkəyə səfər edə biləcəyəm”.

Ryabova Olimpiada öncəsi qarşısına vəzifə qoyulmadığını da gizlətməyib: “Heç vaxt qarşıma vəzifə qoyulmur. Özüm daxilən bunu edirəm və hər turnirə müəyyən fikirlərlə yollanıram. Amma bunu heç vaxt demirəm. Əvvəl federasiya nümayəndələri məni əksər yarışlarda müşayiət edirdi. Təəssüf ki, indi koronavirus pandemiyası üzündən belə imkan yoxdur”.

Təmsilçimiz federasiyanın necə dəstək olduğuna toxunub: “Azərbaycan səfərlərin və geyimlərin xərclərini ödəyir. Həm də mənə əla sponsor tapıblar ki, ikinci ildir əməkdaşlıq edirik. Bu yaxınlarda Olimpiya Komitəsi mənə və atama Olimpiada üçün biletlər aldı”.

Yekaterina Azərbaycan çempionatının yoxluğunun səbəbinə toxunub: “Azərbaycan çempionatı yoxdur, çünki seçiləcək idmançılar da yoxdur. Biz yalnız Volodya ilə mən fərdi konkisürənlər və bir neçə rəqs duetləriyik. Volodya ilə mən ardıcıl iki ildir dünya və Avropa çempionatlarında iki nəfərlə təmsil olunmaq hüququ qazansaq da, idmançı yoxdur. İnanmaq istəyirəm ki, gələcəkdə davamçılarımız olacaq. Bilirəm ki, bir azərbaycanlı gənc yetişir. Amma problem ondadır ki, ölkədə buz meydanı yoxdur. Yalnız bir ticarət mərkəzində idman meydanının 1/3 ölçüsündə yer var ki, orada fırlanmaq da olmur. Bu üzdən fiqurlu konkisürmə də populyar deyil”.

İdmançımız karyerasını bitirib-bitirməmək barədə də düşünür: “Bu mövsümdən sonra sağlamlığına baxacağam. O, həmişə qaydasında deyil. Üstəlik, koronavirus və sonsuz testlər. Biz idmançılar artıq nəticə və çıxış deyil, testdən daha çox qorxuruq. Bu da əsəbləri darıldır, məşq prosesinə təsir edir. Hətta Avropa çempionatında bəzi yaxşı hazırlıqlı idmançılar kənarda qaldı. Özümü təmin etmək, iki balaca uşaq böyüdən ailəmizə kömək etmək istəyirəm. Buz şoularında iştirak təcrübəm var, məşqçilik də edə bilərəm. Yazda gələcəyim barədə ciddi düşünəcəyəm”.