Azərbaycan Boks Federasiyasında (ABF) Beynəlxalq Olimpiya Komitəsinin ingiltərəli həkimi, professor Mayk Luzmor və “Complexcore” fizioterapiya təşkilatının avstriyalı direktoru Tomas Taro Netzerlə görüş olub.
ABF-dən apasport.az saytına verilən məlumata görə, görüşdə qurumun baş katibi Nağı Səfərov, İdarə Heyətinin üzvü Rövşən Hüseynov, ABF prezidentinin müşaviri Samir Hüseynov, federasiyanın həkimləri Zaur Abdullayev, Leyla Nəsirova, fizioterapevtlər Bəxtiyar Musayevlə Fuad Əliyev iştirak ediblər.
Yığıncaqda gələcək əməkdaşlıq müzakirə olunub. Bundan əlavə, qonaqlarla ətraflı fikir mübadiləsi aparılıb və görüşlərin davamlı olacağı barədə razılıq əldə edilib.
- Kamandan oxatma üzrə Bakı çempionatı keçiriləcək
- Üç azərbaycanlı atlet “Alufar IRONMAN 70.3 Baku” triatlon yarışının qalibi olub
- Xorvatiyalı triatlonçu: “Bu, inanılmaz emosiyadır”
- “IRONMAN 70.3 Baku”: Finişə ilk çatan idmançı müəyyənləşib - FOTO
- Bakıda keçirilən “IRONMAN 70.3” triatlon yarışına start verilib