Boksçular üçün 7 sınaq: Bir dünya, altı Avropa çempionatı
04.02.2022 - 12:47
Boksçular üçün 7 sınaq: Bir dünya, altı Avropa çempionatı

Avropa Boks Konfederasiyası 2022-ci ilin yarışlarının təqvimini açıqlayıb.

Apasport.az saytının məlumatına görə, bu il bir dünya və altı Avropa çempionatı keçiriləcək.

Dünya çempionatı yalnız qadınlar arasında baş tutacaqsa, qitə miqyaslı 6 müxtəlif turnir təşkil olunacaq. Kişilər, qadınlar, U-22, gənclər, yeniyetmələr və məktəblilər Avropanın ən yaxşısı adı uğrunda mübarizə aparacaqlar.

İlə gələn ay U-22-lərin yarışı ilə start veriləcək. 2022-ci ilin son yarışında isə yeniyetmələr rinqə çıxacaq. Öncədən iyulun 2-12-nə planlaşdırılan İtaliyadakı bu çempionat payızda baş tutacaq.

Gənclər arasında (U-22) Avropa çempionatı – 11-24 mart, Poreç, Xorvatiya

Gənclər arasında Avropa çempionatı – 10-22 aprel, Sofiya, Bolqarıstan

Qadınlar arasında dünya çempionatı – 6-21 may, İstanbul, Türkiyə

Kişilər arasında Avropa çempionatı – 21-31 may, Yerevan, Ermənistan

Qadınlar arasında Avropa çempionatı – 21-31 iyul, Ulan-Ude, Rusiya

Məktəbli oğlan və qızlar arasında Avropa çempionatı – 10-31 avqust, Ərzurum, Türkiyə

Yeniyetmələr arasında Avropa çempionatı – 23 sentyabr – 2 oktyabr, Montesilvano, İtaliya