Xorvatiyanın Poreç şəhərində 22 yaşadək oğlan boksçular arasında Avropa çempionatında final döyüşlərinə start verilib.
Apasport.az saytının məlumatına görə, həlledici görüşə vəsiqə qazanan Azərbaycan millisinin iki üzvündən rinqə öncə Ruslan Qədirov (54 kq) çıxıb.
Marian Çiniou (Rumıniya) və Elmir Nəbiyevi (Ukrayna) məğlub edən 20 yaşlı Azərbaycan çempionu finalda türkiyəli Samet Gümüşlə üz-üzə gəlib. Gərgin keçən döyüşdə rəqib qələbə qazandığından boksçumuz gümüş medalla kifayətlənib.
Nəticədə Azərbaycan yığmasının Avropa çempionatında qazandığı medalların sayı 3-ə çatıb. Qədirovadək Cəlal Qurbanov (63,5) və Nəbi İsgəndərov (67 kq) bürünc medala layiq görülüblər. Boksçumuz Nicat Hüseynov (51 kq) isə final döyüşünə axşam seansında çıxacaq.
- Kamandan oxatma üzrə Bakı çempionatı keçiriləcək
- Üç azərbaycanlı atlet “Alufar IRONMAN 70.3 Baku” triatlon yarışının qalibi olub
- Xorvatiyalı triatlonçu: “Bu, inanılmaz emosiyadır”
- “IRONMAN 70.3 Baku”: Finişə ilk çatan idmançı müəyyənləşib - FOTO
- Bakıda keçirilən “IRONMAN 70.3” triatlon yarışına start verilib