Varşavada güləş üzrə "Poland Open" turniri davam edir.
Apasport.az saytının məlumatına görə, beşinci yarış günündə yunan-Roma güləşi üzrə mübarizəyə start verilib.
82 kq-da turnirdə iştirak edən Rafiq Hüseynov debütdə danimarkalı rəqibinə qalib gəlib. Həmyerlimiz yarımfinalda ukraynalı güləşçiyə minimal fərqlə məğlub olub. Hüseynov üçüncü yer uğrunda görüşdə Norveç idmançısına gücünü göstərib. İlk hissədə rəqibini "tuşe" ilə üstələyən Rafiq bürünc medal qazanıb.
82 kq
1/4 final: Rafiq Hüseynov - Raybek Bisultanov (Danimarka) 4:1
1/2 final: Rafiq Hüseynov - Yaroslav Filçakov (Ukrayna) 3:4
Bürünc medal görüşü: Rafiq Hüseynov - Maqnus Qroenvik (Norveç) 9:0 (tuşe)
- “İronman 70.3 Baku” öncəsi “İronkids” və “Fun Run” keçirilib
- “IRONMAN” Azərbaycanda: 10 il əvvəl başlayan yolun tarixi startı
- Dünya Kubokunun Yerli Təşkilat Komitəsinin növbəti iclası keçirilib
- Kembric Universitetinin ekspertləri Azərbaycan İdman Akademiyasında təlimlər keçirəcəklər
- “IRONMAN 70.3”: Bakının bəzi yollarında nəqliyyatın hərəkəti tənzimlənəcək