Varşavada güləş üzrə "Poland Open" turniri sona çatıb.
Apasport.az saytının məlumatına görə, sonuncu yarış günündə 60, 63, 72, 87 və 97 kq-da çıxış edən yunan-Roma güləşçiləri mübarizəyə qoşulub.
Bu yarışda 97 kq-da çıxış edən İslam Abbasov təsnifat mərhələsində Türkiyə güləşçisinə qalib gəlib. Həmyerlimiz 1/4 finalda İran idmançısına məğlub olub. Rəqib finala yüksəldiyi üçün Abbasov təsəlliverici görüşə çıxıb və danimarkalı rəqibi üzərində inamlı qələbə qazanıb. Son qarşılaşmada yerli pəhləvanı üstələyən İslam bürünc medalı boynundan asıb.
97 kq
Təsnifat: İslam Abbasov - İbrahim Tığcı (Türkiyə) 5:1
1/4 final: İslam Abbasov - Mehdi Məhəmməd Balihamzadə (İran) 5:8
Təsəlliverici görüş: İslam Abbasov - Matias Bak (Danimarka) 7:2
Bürünc medal görüşü: İslam Abbasov - Gerard Kurniçak (Polşa) 4:0
- Bakıda yanğınsöndürmə və xilasetmə üzrə dünya çempionatının açılış mərasimi keçirilib
- Bakıda yanğınsöndürmə və xilasetmə üzrə dünya çempionatının açılış mərasimi keçirilib
- Azərbaycanlı qardaşlar Antalyada Mental Arifmetika Olimpiadasının qalibi olublar
- Bakıda “Qələbə qaçışı”: Qaliblər müəyyənləşdi
- Bakıda “Qələbə qaçışı” keçiriləcək: Toplanan vəsait “YAŞAT”a veriləcək