Azərbaycan Cüdo Federasiyasında (ACF) rəhbərliyində dəyişiklik olub.
Apasport.az saytının məlumatına görə, Azərbaycan Cüdo Federasiyasının hesabat-seçki konfransında prezidentlə yanaşı, yeni vitse-prezidentlər seçilib və İcraiyyə Komitəsi formalaşıb.
Yenidən formalaşan ACF-də vitse-prezident vəzifəsini Rövşən Rüstəmov tutacaq. Həmçinin Elnur Məmmədli yenidən eyni vəzifədə - vitse-prezident kimi işini davam etdirəcək.
Səsvermənin nəticəsinə əsasən Ağayar Axundzadə, Raqif Abbasov, Asif Əsgərov, Nazim Hüseynov, Azər Əsgərov və Elxan Məmmədov isə İcraiyyə Komitəsinin üzvləri seçiliblər.
Qeyd edək ki, bu gün keçirilən konfransda rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev ACF-nin prezidenti seçilib. O, bu postda Rövnəq Abdullayevi əvəzləyib.
Daha öncə vitse-prezident kimi Mikayıl İsmayılov, Sadıq Sadıqov və Elnur Məmmədli fəaliyyət göstərib. Baş katib isə Elmar Babanlı olub.
- Velosipedçilərimiz beynəlxalq “Tour of Mersin” yarışına qatılıblar
- Azərbaycan çempionatının qalibləri müəyyənləşib
- Bakı şəhər kubokunun birinci mərhələsində finalçılar müəyyənləşib
- Qarabağ MechaHack 9030-dan Nümunəvi Missiya: Texnologiya Sərhəd Tanımır
- Kamandan oxatma üzrə Bakı Kubokunun I mərhələsi keçiriləcək