Cüdoçularımız Varşavadan “5”lə qayıdır
27.02.2022 - 22:34
Polşanın paytaxtı Varşavada cüdo üzrə açıq Avropa turniri Azərbaycan idmançıları üçün uğurlu olub.
Apasport.az saytının məlumatına görə, 34 ölkədən 493 idmançının iştirak etdiyi yarışda Azərbaycan yığması 6 çəki dərəcəsində ümumilikdə 13 idmançı ilə təmsil olunaraq turniri 5 medalla başa vurub.
Nəticələrə görə, komandamız sıralamada ümumi hesabda üçüncü, kişilər arasında isə birinci yerdə tamamlayıb.
Milli üzvlərindən Əhməd Yusifovla (60 kq) İbrahim Əliyev qızıl, İsmayıl İbrahimov (hər ikisi 66 kq) gümüş, Rövşən Əliyev (60 kq) və İmran Yusifov (+100 kq) bürünc medal qazanıb.
- Kamandan oxatma üzrə Bakı çempionatı keçiriləcək
- Üç azərbaycanlı atlet “Alufar IRONMAN 70.3 Baku” triatlon yarışının qalibi olub
- Xorvatiyalı triatlonçu: “Bu, inanılmaz emosiyadır”
- “IRONMAN 70.3 Baku”: Finişə ilk çatan idmançı müəyyənləşib - FOTO
- Bakıda keçirilən “IRONMAN 70.3” triatlon yarışına start verilib
0
0