Azərbaycan millisinin daha iki boksçusu Serbiyanın paytaxtı Belqradda dünya çempionatında mübarizəyə qoşulub.
Apasport.az saytının məlumatına görə, mundialın üçüncü günündə rinqə çıxan təmsilçilərimizin hər ikisi qələbə qazanıb.
Boksçumuz Alfonso Dominqes AİBA bayrağı altında çıxış edən Tavfiqulla Suleymani ilə qüvvəsini sınayıb. 86 kq çəki dərəcəsində baş tutan görüş Avropa Oyunlarının qalibinin asan qələbəsi ilə yekunlaşıb. Tokio-2020-nin də mükafatçısı olan Dominqes rəqibini 5:0 (30:26, 30:25, 30:25, 30:26, 30:26) hesabı ilə məğlub edərək, 1/8 finala yüksəlib. O, oktyabrın 31-nə təsadüf edəcək növbəti döyüşündə rumıniyalı Pol Aradoae ilə döyüşəcək.
Tayfur Əliyev (60 kq) 1/32 final mərhələsi çərçivəsində Çarles Petit-Hommla (Haiti) üz-üzə gəlib. Döyüşü üstün keçirən boksçumuz dünya çempionatına qələbə ilə başlayıb - 5:0 (30:27, 30:27, 30:26, 30:24, 30:27). O, ikinci qarşılaşmasında ilk mərhələdən azad olan italiyalı Simone Spada ilə münasibətinə aydınlıq gətirəcək. Görüş oktyabrın 29-da olacaq.
Qeyd edək ki, dünya çempionatının dördüncü günündə daha 1 boksçumuz yarışa qoşulacaq. Məhəmməd Abdullayev (+92 kq) Yonas Yazeviçiuslə (Litva) gücünü yoxlayacaq.
- Təmsilçimiz Andorradakı beynəlxalq turnirdə uğurlu çıxış edib
- Azərbaycan velosipedçiləri təlim-məşq toplanışı üçün Türkiyəyə yollanıblar
- Türkiyə millisinin baş məşqçisi Bakıda təlim keçəcək
- Qılıncoynadanlarımız Türkiyədə iki bürünc medal qazanıblar
- Azərbaycan fiqurlu konkisürənləri Bolqarıstanda bürünc medal qazanıblar