Azərbaycan millisinin daha bir yunan-Roma güləşçisi Avropa çempionu tituluna yiyələnib.
Apasport.az saytının məlumatına görə, Nihat Məmmədli (60 kq) Bolqarıstanın Plovdiv şəhərində 23 yaşadək güləşçilərin qitə çempionatında fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
O, finalda gürcü İrakli Cimistarişviliylə qarşılaşıb. Həmyerlimiz elə ilk hissədə qarşılaşmanın taleyini həll edib. Rəqibinə 10:0 hesabıyla qalib gələn Nihat Avropa çempionu olub.
Beləliklə, qitə birinciliyinə 6 idmançıyla qatılan millimizin 5 üzvü fəxri kürsüyə qalxıb. Bir gün öncə Xasay Həsənli (77 kq) qızıl, Ziya Babaşov (63 kq) gümüş, Laçın Vəliyev (87 kq) və Sərxan Məmmədov (130 kq) isə bürünc medal qazanıb.
- Kamandan oxatma üzrə Bakı çempionatı keçiriləcək
- Üç azərbaycanlı atlet “Alufar IRONMAN 70.3 Baku” triatlon yarışının qalibi olub
- Xorvatiyalı triatlonçu: “Bu, inanılmaz emosiyadır”
- “IRONMAN 70.3 Baku”: Finişə ilk çatan idmançı müəyyənləşib - FOTO
- Bakıda keçirilən “IRONMAN 70.3” triatlon yarışına start verilib