Tokio-2020 Yay Olimpiya Oyunlarının təşkili ilə bağlı növbəti problem üzə çıxıb.
Apasport.az saytının məlumatına görə, koronavirus pandemiyası yarışı təhlükə altına salan yeganə çətinlik deyil.
İstiridyələrin yürüşü avarçəkmə yarışlarının keçirilməsinə maneə ola bilər. Tokio körfəzində yerləşdirilən işarələr batmağa başlayıb. Təşkilatçılar araşdıraraq bu işarələri məhz adıçəkilən saysız-hesabsız sayda malyuskaların batırdığını müəyyənləşdirib.
Qısa müddətdə körfəzdən 14 ton istiridyələr toplanıb. Lakin dəniz heyvanlarının körfəzə axını bununla səngimir və avarçəkmə yarışları ilə bağlı risk qalmaqdadır. Çünki təşkilatçıların avarçəkmə zolaqları üçün ehtiyat yeri yoxdur.
- Bakıda yanğınsöndürmə və xilasetmə üzrə dünya çempionatının açılış mərasimi keçirilib
- Bakıda yanğınsöndürmə və xilasetmə üzrə dünya çempionatının açılış mərasimi keçirilib
- Azərbaycanlı qardaşlar Antalyada Mental Arifmetika Olimpiadasının qalibi olublar
- Bakıda “Qələbə qaçışı”: Qaliblər müəyyənləşdi
- Bakıda “Qələbə qaçışı” keçiriləcək: Toplanan vəsait “YAŞAT”a veriləcək