Azərbaycanı beynəlxalq fiqurlu konkisürmə yarışlarında təmsil edən Yekaterina Ryabova Fransanın Monpelye şəhərində keçirilən dünya çempionatının qısa proqramında ilk çıxışını edib.
Apasport.az saytının məlumatına görə, buz üstünə çıxan təmsilçimiz 65,50 xal toplayaraq 9-cu yerdə qərar tutub.
Topladığı xalların nəticəsinə uyğun olaraq təmsilçimiz növbəti mərhələyə yüksəlib.
Yekaterinanın yarışda növbəti çıxışı sərbəst proqram üzrə martın 25-də olacaq.
Martın 21-də start götürən mundialda Azərbaycan 4 idmançı - Vladimir Litvintsev, Yekaterina Ryabova, həmçinin buz üstündə rəqs üzrə Yekaterina Kuznetsova və Aleksandr Kolosovskiy ilə təmsil olunur.
Vladimir Litvintsev martın 24-də qısa proqramda, 26-da sərbəst proqramda çıxış edəcək.
Yekaterina Kuznetsova və Aleksandr Kolosovskiy isə martın 25-də və 26-da qısa və sərbəst proqram üzrə çıxış edəcəklər.
Qeyd edək ki, dünya çempionatı martın 27-nə kimi davam edəcək.
- Kamandan oxatma üzrə Bakı çempionatı keçiriləcək
- Üç azərbaycanlı atlet “Alufar IRONMAN 70.3 Baku” triatlon yarışının qalibi olub
- Xorvatiyalı triatlonçu: “Bu, inanılmaz emosiyadır”
- “IRONMAN 70.3 Baku”: Finişə ilk çatan idmançı müəyyənləşib - FOTO
- Bakıda keçirilən “IRONMAN 70.3” triatlon yarışına start verilib