Beynəlxalq Taekvondo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb.
APA-nın məlumatına görə, yeni siyahı ilk “25-liy”ində Azərbaycan millisinin 4 taekvondoçusu yer alıb.
Komandamızın heyətində ən yaxşı nəticə Milad Beiqi Harçeqaniyə məxsusdur. 80 kq çəki dərəcəsində mübarizə aparan idmançı 434,85 xalla yenə ikinci yerdədir. O, ilk pillədə qərarlaşan rusiyalı Maksim Xramtsovdan 75,9 xal geri qalır.
Olimpiya çəkiləri üzrə açıqlanan siyahıda taekvondoçularımızdan Fərqidə Əzizova (67 kq) da mövqeyini qoruyub. Təmsilçimiz 155,92 xalla 19-cu yerdə qərarlaşıb.
Millimizin heyətində Cavad Ağayev irəliləyib. 68 kq-da qüvvəsini sınayan taekvondoçu 1 rəqibini qabaqlamaqla, 17-ci yerə qalxıb. Onun aktivində 179,57 xalı var.
Olimpiya çempionu Radik İsayev (+80 kq) isə mövqeyini əldən verib. Milli üzvü 9-cu yerə enib və 228,56 xala malikdir.
- Kembric Universitetinin ekspertləri Azərbaycan İdman Akademiyasında təlimlər keçirəcəklər
- “IRONMAN 70.3”: Bakının bəzi yollarında nəqliyyatın hərəkəti tənzimlənəcək
- Bakıda keçiriləcək "Alufar IRONMAN 70.3" triatlon yarışı çərçivəsində tədbirlərə start verilib
- Bakıda 18 yaşdan 80 yaşadək triatlonçular mübarizə aparacaq
- Yubiley Formula 1 Azərbaycan Qran-Prisi üçün yeni tribuna quraşdırılıb