Eldəniz Əzizlidən tarixi rekord – Azərbaycanda birinci
03.04.2022 - 19:02
Eldəniz Əzizli Macarıstanda Avropa çempionu olmaqla Azərbaycan Yunan-Roma güləşi tarixində rekorda imza atıb.
Apasport.az saytının məlumatına görə, 55 kq-da çıxış edən pəhləvan güləşin klassik növündə böyüklər arasında ən çox AÇ medalı olan idmançımız olub.
Onun hesabında 6 AÇ medalı var. Əzizli 2018-ci ildə Kaspiyskdə və 2022-ci ildə Budapeştdə qitənin ən güclüsü adını qazanıb, 2011-ci ildə Dortmundda, 2019-cu ildə Buxarestdə, 2020-ci ildə Romada və 2021-ci ildə Varşavada fəxri kürsünün üçüncü pilləsinə yüksəlib.
- Kamandan oxatma üzrə Bakı çempionatı keçiriləcək
- Üç azərbaycanlı atlet “Alufar IRONMAN 70.3 Baku” triatlon yarışının qalibi olub
- Xorvatiyalı triatlonçu: “Bu, inanılmaz emosiyadır”
- “IRONMAN 70.3 Baku”: Finişə ilk çatan idmançı müəyyənləşib - FOTO
- Bakıda keçirilən “IRONMAN 70.3” triatlon yarışına start verilib
0
0