Elmar Qasımov “Böyük Dəbilqə”də bürünc qazandı
03.04.2022 - 19:19
Azərbaycan cüdoçusu Elmar Qasımov “Böyük dəbilqə”ni bürünc medalla başa vurub.
Apasport.az saytının məlumatına görə, 100 kq çəki dərəcəsində qüvvəsini sınayan idmançı Türkiyənin Antalya şəhərində fəxri kürsünün üçüncü pilləsinə yüksəlib.
O, 3-cü yer uğrunda görüşdə kanadalı Keyl Reyesə ipponla qalib gəlib. Beləliklə, milli komanda "Böyük dəbilqə"ni 1 bürünc medalla bitirib.
Qeyd edək ki, millimiz Antalyada 17 cüdoçu ilə təmsil olunurdu.
- Təmsilçimiz Andorradakı beynəlxalq turnirdə uğurlu çıxış edib
- Azərbaycan velosipedçiləri təlim-məşq toplanışı üçün Türkiyəyə yollanıblar
- Türkiyə millisinin baş məşqçisi Bakıda təlim keçəcək
- Qılıncoynadanlarımız Türkiyədə iki bürünc medal qazanıblar
- Azərbaycan fiqurlu konkisürənləri Bolqarıstanda bürünc medal qazanıblar
0
0