Fevralın 17-19-da Tel-Əvivdə cüdo üzrə “Böyük Dəbilqə” turniri keçiriləcək. Apasport.az saytının məlumatına görə, yarışda Azərbaycan millisi 11 idmançı ilə təmsil olunacaq.
Məşqçilər korpusu turnirdə Kəramət Hüseynov, Balabəy Ağayev (hər ikisi 60 kq), Yaşar Nəcəfov (66 kq), Rüstəm Orucov, Hidayət Heydərov (hər ikisi 73 kq), Murad Fətiyev (81 kq), Məmmədəli Mehdiyev, Rüfət İsmayılov (hər ikisi 90 kq), Zelym Kotsoyev, Elmar Qasımov (hər ikisi 100 kq) və Uşangi Kokauriyə (+100 kq) şans verəcək.
Komandamız bu gün səfərə yollanıb.
Qeyd edək ki, “Böyük Dəbilqə”də dünyanın 34 ölkəsindən 309 idmançının qatılacağı gözlənilir.
- Təmsilçimiz Andorradakı beynəlxalq turnirdə uğurlu çıxış edib
- Azərbaycan velosipedçiləri təlim-məşq toplanışı üçün Türkiyəyə yollanıblar
- Türkiyə millisinin baş məşqçisi Bakıda təlim keçəcək
- Qılıncoynadanlarımız Türkiyədə iki bürünc medal qazanıblar
- Azərbaycan fiqurlu konkisürənləri Bolqarıstanda bürünc medal qazanıblar