Elnur Əşrəfoğlu koronavirusdan vəfat edib
19.10.2021 - 19:53
Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətinin rəhbəri, baş katibinin müavini Elnur Əşrəfoğlu vəfat edib.
Bu barədə APA-ya tanınmış jurnalistin qardaşı Rəşad Şükürov məlumat verib.
Qeyd edək ki, bir müddət əvvəl koronavirusa yoluxmuş jurnalist Elnur Əşrəfoğlu “Yeni Klinika”da müalicə alırdı. O, ECMO aparatına qoşulmuşdu.
"Yeni Klinika"nın reanimasiya şöbəsinin müdiri Emil Qasımov APA-ya məlumatı təsdiqləyib.
"Yeni Klinika"nın yaydığı açıqlamada isə bildirilib ki, həkimlərin səyinə baxmayaraq, Elnur Əşrəfoğlu koronavirus səbəbindən vəfat edib.
Allah rəhmət etsin!
- Təmsilçimiz Andorradakı beynəlxalq turnirdə uğurlu çıxış edib
- Azərbaycan velosipedçiləri təlim-məşq toplanışı üçün Türkiyəyə yollanıblar
- Türkiyə millisinin baş məşqçisi Bakıda təlim keçəcək
- Qılıncoynadanlarımız Türkiyədə iki bürünc medal qazanıblar
- Azərbaycan fiqurlu konkisürənləri Bolqarıstanda bürünc medal qazanıblar
0
0