"Hərbi qurumun nümayəndəsi hər gün mətbuat qarşısına həqiqəti əks etdirməyən məlumatlar və itkilər haqqında yalan statistikalarla çıxmağa məcburdur. Onun məqsədi cəbhədə böyük itkilərə məruz qalaraq bir-birinin ardından yaşayış məntəqələrimizi qoyub qaçan Ermənistan silahlı qüvvələrinin uğursuzluqlarını ört-basdır etmək, öz xalqını sakitləşdirmək və eyni zamanda bu təxribat xarakterli məlumatlarla dünya ictimaiyyətinin diqqətini yayındırmaqdır".
APA xəbər verir ki, bu barədə guya Azərbaycan tərəfinin atəşkəsi pozması ilə bağlı Ermənistanın müdafiə nazirliyinin yaydığı yalan məlumatlara Azərbaycan Müdafiə Nazirliyinin cavabında bildirilir.
"Bir daha rəsmi olaraq bildiririk ki, Ermənistan tərəfindən fərqli olaraq Azərbaycan Ordusu humanitar atəşkəs rejiminə ciddi əməl edir", - deyə məlumatda qeyd olunub.
- Bakıda yanğınsöndürmə və xilasetmə üzrə dünya çempionatının açılış mərasimi keçirilib
- Bakıda yanğınsöndürmə və xilasetmə üzrə dünya çempionatının açılış mərasimi keçirilib
- Azərbaycanlı qardaşlar Antalyada Mental Arifmetika Olimpiadasının qalibi olublar
- Bakıda “Qələbə qaçışı”: Qaliblər müəyyənləşdi
- Bakıda “Qələbə qaçışı” keçiriləcək: Toplanan vəsait “YAŞAT”a veriləcək