Fərid Qayıbov dünya çempionatında uğur qazanan boksçularla görüşdü
24.11.2021 - 22:13
Noyabrın 24-də gənclər və idman naziri Fərid Qayıbov Serbiyanın paytaxtı Belqrad şəhərində boks üzrə dünya çempionatında uğurla çıxış etmiş idmançılarımızla görüşüb.
Apasport.az saytının məlumatına görə, Fərid Qayıbov dünya çempionu Alfonso Dominges, bürünc mükafatçılar Sərxan Əliyev və Məhəmməd Abdullayevi növbəti uğurları münasibətilə təbrik edib, onlara qarşıdakı yarışlarda qələbələr arzulayıb.
Görüşdə Azərbaycan Boks Federasiyasının vitse-prezidenti Süleyman Mikayılov, baş katib Nağı Səfərov və yığma komandanın məşqçisi Nəriman Abdullayev də iştirak ediblər.
- Velosipedçilərimiz beynəlxalq “Tour of Mersin” yarışına qatılıblar
- Azərbaycan çempionatının qalibləri müəyyənləşib
- Bakı şəhər kubokunun birinci mərhələsində finalçılar müəyyənləşib
- Qarabağ MechaHack 9030-dan Nümunəvi Missiya: Texnologiya Sərhəd Tanımır
- Kamandan oxatma üzrə Bakı Kubokunun I mərhələsi keçiriləcək
0
0