Gənclər və İdman Nazirliyinin yeni loqosu təqdim olunub.
Apasport.az saytının məlumatına görə, loqonun təqdimat mərasimi Bakı Gənclər Mərkəzində keçirilib.
Tədbirdə çıxış edən gənclər və idman naziri Fərid Qayıbov loqonu dəyişməyin vaxtı çatdığını bildirib: “Yeni tərzdə korporativ rənglərə yol açmaq istədik. İki həftə əvvəl elan etdik, yüzə qədər variantlar aldıq. Nəhayət, qalib loqonu seçdik”.
Nazir əlavə edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin dünən 23 yaşadək güləşçilərdən ibarət yığma üzvlərini qəbul etməsi idmanın ölkəmiz üçün prioritet sahə olduğunu göstərir: “Dövlət idmançılarımızın nailiyyətlərini qiymətləndirir. İnanırıq ki, daha böyük qələbələr irəlidədir”.
Daha sonra söz alan Paradoks Dizaynın rəhbəri Şamil Ramazanov 20 ildir istifadə olunan loqonun dəyişdirilməsinin vacib olduğunu söyləyib. Onun sözlərinə görə, yeni loqo nazirliyin fəaliyyətini, baxışını əks etdirməli, yaddaqalan və fərqlənən olmalı, eyni zamanda müasir tələblərə uyğun, uzun müddət aktual qalmalıdır.
- Kamandan oxatma üzrə Bakı çempionatı keçiriləcək
- Üç azərbaycanlı atlet “Alufar IRONMAN 70.3 Baku” triatlon yarışının qalibi olub
- Xorvatiyalı triatlonçu: “Bu, inanılmaz emosiyadır”
- “IRONMAN 70.3 Baku”: Finişə ilk çatan idmançı müəyyənləşib - FOTO
- Bakıda keçirilən “IRONMAN 70.3” triatlon yarışına start verilib