Sloveniyada şəxsi Avropa çempionatında iştirak edən üç şahmatçımız fərdi normativləri yerinə yetirib.
Azərbaycan Şahmat Federasiyasından apasport.az saytına verilən məlumata görə, son turda parlaq qələbə qazanan Read Səmədov ilk, Abdulla Qədimbəyli isə qrossmeyster üzrə ikinci normativini toplayıb.
Digər təmsilçimiz Gövhər Beydullayeva xanımlar arasında ən yaxşı nəticəni göstərib və qadınların qrossmeyster üzrə son normasını yerinə yetirib.
Qeyd edək ki, qitə birinciliyinin nəticələrinə əsasən, ilk 20-likdə qərarlaşan şahmatçılar o cümlədən təmsilçilərimiz Vasif Durarbəyli, Abdulla Qədimbəyli, Misrətdin İsgəndərov və Qədir Hüseynov 2023-cü ildə keçiriləcək Dünya Kubokuna vəsiqə qazanıb.
- Təmsilçimiz Andorradakı beynəlxalq turnirdə uğurlu çıxış edib
- Azərbaycan velosipedçiləri təlim-məşq toplanışı üçün Türkiyəyə yollanıblar
- Türkiyə millisinin baş məşqçisi Bakıda təlim keçəcək
- Qılıncoynadanlarımız Türkiyədə iki bürünc medal qazanıblar
- Azərbaycan fiqurlu konkisürənləri Bolqarıstanda bürünc medal qazanıblar