Uşaq və gənclərin fiziki və mənəvi inkişafı istiqaməti üzrə
Bolqarıstanın Plovdiv şəhərində keçirilən 23 yaşadək güləşçilər arasında Avropa çempionatı Azərbaycan yığmasının qələbəsi ilə başa çatıb.
Apasport.az saytının məlumatına görə, idmançılarımız 30 dəst medal uğrunda mübarizədə hamını qabaqlayıb.
23 yaşadək olan pəhləvanlarımız çempionatı 16 mükafatla tamamlayıb. Yığmamız bu göstəricidə çempionatın birincisi olub.

Güləşçilərimiz medalların əyarına görə də Avropada birinci olub. Təmsilçilərimiz 7 qızıl, 2 gümüş və 7 bürüncə sahib çıxıb.
Komandamız ən yaxın izləyicisi olan qonşu Gürcüstanı həm qızıl, həm ümumi medal sayında minimal fərqlə geridə qoyub. İlk “üçlüy”ü qardaş Türkiyə millisi qapayıb. Ümumiyyətlə isə 23 ölkə güləşçiləri fəxri kürsüyə qalxıb.
|
yer |
ölkə |
Q |
G |
B |
CƏMİ |
|
1 |
Azərbaycan |
7 |
2 |
7 |
16 |
|
2 |
Gürcüstan |
6 |
5 |
4 |
15 |
|
3 |
Türkiyə |
4 |
4 |
12 |
20 |
|
4 |
Macarıstan |
3 |
2 |
5 |
10 |
|
5 |
Moldova |
3 |
1 |
7 |
11 |
|
6 |
Polşa |
2 |
2 |
1 |
5 |
|
7 |
Almaniya |
1 |
3 |
3 |
7 |
|
8 |
Ruminiya |
1 |
3 |
1 |
5 |
|
9 |
Fransa |
1 |
1 |
1 |
3 |
|
10 |
Niderland |
1 |
0 |
1 |
2 |
|
11 |
Yunanıstan |
1 |
0 |
0 |
1 |
|
12 |
Ermənistan |
0 |
2 |
5 |
7 |
|
13 |
Bolqarıstan |
0 |
1 |
3 |
4 |
|
14-15 |
Litva |
0 |
1 |
1 |
2 |
|
Serbiya |
0 |
1 |
1 |
2 |
|
|
16-17 |
Avstriya |
0 |
1 |
0 |
1 |
|
Danimarka |
0 |
1 |
0 |
1 |
|
|
18-23 |
Belçika |
0 |
0 |
1 |
1 |
|
Estoniya |
0 |
0 |
1 |
1 |
|
|
İtaliya |
0 |
0 |
1 |
1 |
|
|
Norveç |
0 |
0 |
1 |
1 |
|
|
Slovakiya |
0 |
0 |
1 |
1 |
|
|
İsveç |
0 |
0 |
1 |
1 |
Avropa çempionatlarında daim ön sıralarda olan güləşçilərimizin bu dəfə hegemonluq etməsi səbəbsiz deyil. Son qitə çempionatında medal sıralamasında ilk iki yeri tutan Rusiya və Ukrayna, həmçinin Belarus Plovdivdə xalça üzərində təmsil olunmayıb.

Yığmamız 16 medal, o cümlədən 7 qızıl qazanmaqla Avropa çempionatları tarixində 4-cü nəticəyə şərik olub. Rusiya millisi 2015-ci ildə millimizin indiki nəticəsini göstərib: 7 qızıl, 2 gümüş və 7 bürünc.
Medal sayında rekordlar da şimallılara məxsusdur. Qonşularımız son üç turnirdə müvafiq olaraq 22 (12, 7, 3), 25 (11, 8, 6) və 26 (13, 6, 7) mükafat əldə edib.
Güləşçilərimiz bu rekordlardan uzaq düşsə də, öz tarixinin ən yaxşı nəticələrinə imza atıb. Bunadək güləşçilərimiz maksimum 13 medal əldə etmişdisə, bu göstərici 3 ədəd artıb. Çempionluq sayındakı rekord isə 5-ə bərabər idi.

Pəhləvanlarımız tarixində 2-ci dəfə qitə çempionatının qalibi olub. 2017-ci ildə qazanılan uğur 5 ildən sonra təkrarlanıb.
|
il |
Q |
G |
B |
CƏMİ |
YER |
|
2015 |
1 |
2 |
6 |
9 |
6-cı |
|
2016 |
3 |
4 |
6 |
13 |
4-cü |
|
2017 |
5 |
1 |
5 |
11 |
1-ci |
|
2018 |
2 |
2 |
3 |
7 |
5-ci |
|
2019 |
0 |
0 |
4 |
4 |
17-ci |
|
2021 |
2 |
3 |
4 |
9 |
5-ci |
|
2022 |
7 |
2 |
7 |
16 |
1-ci |
|
|
19 |
12 |
29 |
60 |
|
2015-ci ildən keçirilən yarışın daimi iştirakçısı olan Azərbaycan əvvəlki 6 çempionatda 44 medal qazanıb. Plovdivdə təmsilçilərimiz bu rəqəmi 60-a çatdırıb. Bunun 19-u qızıl, 12-si gümüş, 29-u bürüncdür.
Bolqarıstandakı yarış iki ilklə də əlamətdar olub. İlk dəfə yığmalarımızdan biri komanda yarışında qalib adını ələ keçirib. 2015-ci və 2021-ci illərdə qitənin üçüncüsü olan sərbəst güləşçilərimiz 159 xalla hamını qabaqlayıb.
“Klassiklər” isə ilk dəfə “üçlüy”ə düşüb. Bunun üçün 102 xal kifayət edib. 93 xal toplayan qadınlar beşinci yerlə kifayətlənib. Tarixdə ikinci dəfə hər üç yığma “beşlik”də qərarlaşıb. 2016-cı ildə bütün millilərimiz 4-cü olub.
2015, Valbjix, Polşa
Alyona Kolesnik (Qadın, 55 kq) – I yer
Məhəmmədhacı Xatiyev (Sərbəst, 86 kq) – II yer
Nurməhəmməd Hacıyev (Sərbəst, 97 kq) – II yer
Məhəmməd Müslümov (Sərbəst, 65 kq) – III yer
Əli Maqomedabirov (Sərbəst, 125 kq) – III yer
Solmaz Həşimzadə (Qadın, 53 kq) – III yer
Elmira Qəmbərova (Qadın, 63 kq) – III yer
Eldəniz Əzizli (Yunan-Roma, 59 kq) – III yer
İslam Abbasov (Yunan-Roma, 85 kq) – III yer
2016, Ruse, Bolqarıstan
Tatyana Omelçenko (Qadın, 60 kq) – I yer
Mircəlal Həsənzadə (Sərbəst, 57 kq) – I yer
Nurməhəmməd Hacıyev (Sərbəst, 97 kq) – I yer
Murad Məmmədov (Yunan-Roma, 59 kq) – II yer
Alyona Kolesnik (Qadın, 58 kq) – II yer
Hacımurad Ömərov (Sərbəst, 70 kq) – II yer
Murad Süleymanov (Sərbəst, 74 kq) – II yer
Ruhin Mikayılov (Yunan-Roma, 71 kq) – III yer
Eltun Vəzirzadə (Yunan-Roma, 80 kq) – III yer
Leyla Qurbanova (Qadın, 53 kq) – III yer
Almaz İsmayılova (Qadın, 55 kq) – III yer
Elis Manolova (Qadın, 69 kq) – III yer
Zəlimxan Vəliyev (Sərbəst, 61 kq) – III yer
2017, Sombatxey, Macarıstan
Teymur Məmmədov (Sərbəst, 65 kq) – I yer
Hacımurad Ömərov (Sərbəst, 70 kq) – I yer
Murad Məmmədov (Yunan-Roma, 59 kq) – I yer
İslambek Dadov (Yunan-Roma, 71 kq) – I yer
Orxan Nuriyev (Yunan-Roma, 98 kq) – I yer
Leyla Qurbanova (Qadın, 53 kq) – II yer
Əli Rəhimzadə (Sərbəst, 61 kq) – III yer
İsmayıl Abdullayev (Sərbəst, 74 kq) – III yer
Kənan Əliyev (Sərbəst, 86 kq) – III yer
Alyona Kolesnik (Qadın, 55 kq) – III yer
Eltun Vəzirzadə (Yunan-Roma, 80 kq) – III yer
2018, İstanbul, Türkiyə
İslam Abbasov (Yunan-Roma, 87 kq) – I yer
Şamil Zubairov (Sərbəst, 92 kq) – I yer
Əfqan Xaşalov (Sərbəst, 57 kq) – II yer
Ənvərbəy Dalqatov (Sərbəst, 65 kq) – II yer
Murad Süleymanov (Sərbəst, 79 kq) – III yer
Murad Məmədov (Yunan-Roma, 60 kq) – III yer
Eltun Vəzirzadə (Yunan-Roma, 82 kq) – III yer
2019, Serbiya, Novi Sad
Əsgər Məmmədəliyev (Sərbəst, 61 kq) – III yer
Davud İbrahimov (Sərbəst, 70 kq) – III yer
Hacımurad Məhəmmədsəidov (Sərbəst, 86 kq) – III yer
Şamil Zubairov (Sərbəst, 92 kq) – III yer
2021, Şimali Makedoniya, Skopye
Zaur Əliyev (Yunan-Roma, 55 kq) – I yer
Cəbrayıl Hacıyev (Sərbəst, 70 kq) - I yer
Əliabbas Rzazadə (Sərbəst, 57 kq) - II yer
Orxan Abasov (Sərbəst, 86 kq) - II yer
Osman Nurməhəmmədov (Sərbəst, 92 kq) - II yer
Zirəddin Bayramov (Sərbəst, 65 kq) – III yer
İslam İlyasov (Sərbəst, 97 kq) – III yer
Vahid Qalayev (Sərbəst, 125 kq) – III yer
Həsrət Cəfərov (Yunan-Roma, 67 kq) – III yer

2022, Plovdiv, Bolqarıstan
Zirəddin Bayramov (Sərbəst, 65 kq) – I yer
Cəbrayıl Hacıyev (Sərbəst, 74 kq) – I yer
Abubakr Abakarov (Sərbəst, 86 kq) – I yer
İslam İlyasov (Sərbəst, 97 kq) – I yer
Nihat Məmmədli (Yunan-Roma, 60 kq) – I yer
Xasay Həsənli (Yunan-Roma, 77 kq) – I yer
Jalə Əliyeva (Qadın, 62 kq) – I yer
Ziya Babaşov (Yunan-Roma, 63 kq) – II yer
Elnurə Məmmədova (Qadın, 55 kq) – II yer
Tofiq Əliyev (Sərbəst, 57 kq) – III yer
Əşrəf Aşırov (Sərbəst, 79 kq) – III yer
Aydın Əhmədov (Sərbəst, 125 kq) – III yer
Gültəkin Şirinova (Qadın, 53 kq) – III yer
Nigar Mirzəzadə (Qadın, 68 kq) – III yer
Laçın Vəliyev (Yunan-Roma, 87 kq) – III yer
Sərxan Məmmədov (Yunan-Roma, 130 kq) – III yer
Vüqar Xeyrullayev
MEDİA-nın maliyyə yardımı ilə dərc olunur
- Təmsilçimiz Andorradakı beynəlxalq turnirdə uğurlu çıxış edib
- Azərbaycan velosipedçiləri təlim-məşq toplanışı üçün Türkiyəyə yollanıblar
- Türkiyə millisinin baş məşqçisi Bakıda təlim keçəcək
- Qılıncoynadanlarımız Türkiyədə iki bürünc medal qazanıblar
- Azərbaycan fiqurlu konkisürənləri Bolqarıstanda bürünc medal qazanıblar