Sabah güləş üzrə Fərdi Dünya Kubokuna start veriləcək.
Apasport.az saytının məlumatına görə, Serbiyanın paytaxtı Belqradda keçiriləcək yarışın ilk günlərində yunan-Roma güləşçiləri mübarizə aparacaq.
Ölkəmizi güləşin bu növündə Eldəniz Əzizli (55 kq), Nihat Məmmədli (60 kq), Taleh Məmmədov (63 kq), İslambek Dadov (67 kq), Ülvü Qənizadə (72 kq), Sənan Süleymanov (77 kq), İslam Abbasov (87 kq) və Beka Kandelaki (130 kq) təmsil edəcəklər.
Bu gün güləşin bu növü üzrə bütün çəkilərdə püşkatma mərasimi keçirilib və millimizin üzvlərinin ilk rəqibləri müəyyənləşib.
55 kq
1/8 final: Eldəniz Əzizli – Sebastyan Kolompar (Serbiya)
60 kq
1/8 final: Nihat Məmmədli – Viktor Çiobanu (Moldova)
63 kq
1/8 final: Taleh Məmmədov – Aleksey Masik (Ukrayna)
67 kq
Təsnifat: İslambek Dadov – Ruben Marvike (İtaliya)
72 kq
1/8 final: Ülvü Qənizadə - İbrahim Qanem (Fransa)
77 kq
Təsnifat: Sənan Süleymanov – Paskal Eysele (Almaniya)
87 kq
1/8 final: İslam Abbasov – Bəşir Sid Azara (Əlcəzair)
130 kq
1/8 final: Beka Kandelaki – Alin Kiurariu (Rumıniya)
Qeyd edək ki, fərdi Dünya Kubokunda I-S kateqoriyalı hakim Asif Şirəliyev ədaləti qoruyacaq.
- “İronman 70.3 Baku” öncəsi “İronkids” və “Fun Run” keçirilib
- “IRONMAN” Azərbaycanda: 10 il əvvəl başlayan yolun tarixi startı
- Dünya Kubokunun Yerli Təşkilat Komitəsinin növbəti iclası keçirilib
- Kembric Universitetinin ekspertləri Azərbaycan İdman Akademiyasında təlimlər keçirəcəklər
- “IRONMAN 70.3”: Bakının bəzi yollarında nəqliyyatın hərəkəti tənzimlənəcək